CƏMİYYƏT


Orta məktəblərdə mülki müdafiə fənnini tədris edən müəllimlər üçün kurslar təşkil olunub

Bakı, 12 sentyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 2-dən 12-dək II, V və VI sinif rəhbərlərinin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə kurslar keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin və Aran Regional Mərkəzinin fəaliyyəti, maddi-texniki bazası, eləcə də əhalinin fövqəladə hallardan qorunması, respublika ərazisində baş vermiş fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülmüş işlər barədə geniş məlumat verilib və videoçarxlar nümayiş etdirilib.

Kurslar çərçivəsində “Mülki müdafiə” fənnindəki mövzular üzrə II, V və VI sinif rəhbərləri ilə nəzəri və praktiki məşğələlər keçirilib. Dərslərdə diqqət müəllim və şagirdlərin fövqəladə hallar zamanı zəruri olan davranış qaydalarını mənimsəmələrinə yönəldilib.

Tədbir iştirakçılarına məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsinə dair metodiki tövsiyələr verilib, fərdi mühafizə vasitələrindən istifadə və ilk tibbi yardımın göstərilməsi qaydaları nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.