DÜNYA


Səudiyyə Ərəbistanı neft ixracatını əvvəlki səviyyədə bərpa edib

Ər-Riyad, 18 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı neft ixracatını, neft obyektlərinə hücumlardan əvvəlki səviyyəyə qədər tam bərpa eməyə müvəffəq olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Energetika naziri şahzadə Əbdül Əziz bin Salman Ciddədə keçirilən mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı bu ilin oktyabır ayının sonu üçün neft hasilatının həcmini sutkada 11 milyon barrel, noyabrın sonu üçün isə sutkada 12 milyon barelə qədər çatdıracaq. Hazırda Krallıqda sutkada 10 milyon barrel neft hasil olunur.

Energetika naziri, həmçinin “Saudi Aramco” neft şirkətinin bu ay öz müştərilərinin qarşısındakı öhdəliklərini yerinə yetirə biləcəyini vurğulayıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.