İDMAN


UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turu yekunlaşıb

Bakı, 19 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, ikinci oyun gününün mərkəzi qarşılaşması Fransada oynanılıb. “Paris Sen-Jermen” öz meydanında İspaniyanın “Real Madrid” klubunu qəbul edib. Görüş parislilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

A qrupunun digər oyunu “Brügge” (Belçika) və “Qalatasaray” (Türkiyə) komandaları arasında baş tutub. Qarşılıqlı hücumların müşahidə olunduğu görüşdə hesab açılmayıb.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu:

“Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə) - 0:0,

“Paris Sen-Jermen” (Fransa) - “Real Madrid” (İspaniya) - 3:0.

B qrupu:

“Olimpiakos” (Yunanıstan) - “Tottenhem” (İngiltərə) - 2:2,

“Bavariya” (Almaniya) - “Srvena Zvezda” (Serbiya) - 3:0.

C qrupu:

“Dinamo Zaqreb” (Xorvatiya) - “Atalanta” (İtaliya) - 4:0,

“Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə) - 0:3.

D qrupu:

“Atletiko Madrid” (İspaniya) - “Yuventus” (İtaliya) - 2:2,

“Bayer Leverkuzen” (Almaniya) - “Lokomotiv” (Rusiya) - 1:2.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.