DÜNYA


Dünya və Ənənəvi Dinlər Liderlərinin VII Qurultayı 2021-ci ildə Nur-Sultanda keçiriləcək

Nur-Sultan, 19 sentyabr, AZƏRTAC

Dünya və Ənənəvi Dinlər Liderlərinin VII Qurultayı 2021-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ölkə senatının sədri Dariqa Nazarbayevanın başçılığı ilə keçirilən konqres katibliyinin iclasında dünya və ənənəvi dinlərin liderlərinin növbəti görüşünün gündəliyi müəyyənləşdirilib.

Qeyd edək ki, Dariqa Nazarbayeva Dünya və Ənənəvi Dinlər Liderləri Konqresi katibliyinin rəhbəri kimi ilk iclası keçirir. Daha əvvəl bu vəzifəni Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokaev icra edirdi.

İclasda növbəti qurultayda mədəniyyət tədbirlərinin, sənət festivallarının təşkili məsələləri müzakirə olunub. Bundan başqa qurultayın himninin olması və əsas fikirləri əks etdirərək qazax dilində səslənməsi təklif edilib. İclasda “Dünya və Ənənəvi Dinlər Liderlərinin VII Qurultayı”nın 2021-ci il iyunun 16-20-də “Müasir dünyada dini liderlərin və icmaların sosial məsuliyyəti” mövzusu ilə keçiriləcəyi qərarlaşıb.

Konqres katibliyinin növbəti iclası 2020-ci il iyunun 3-də keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.