DÜNYA


Ötən il İtaliyada sığınacaq almaq üçün müraciət edənlərin sayı iki dəfə azalıb

Roma, 20 sentyabr, AZƏRTAC

İtaliyada ötən il sığınacaq almaq üçün müraciət edənlərin sayı iki dəfə azalaraq təxminən 53 min nəfərə enib. Müraciət edənlərin əksəriyyəti Pakistan, Nigeriya və Banqladeş vətəndaşlarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) miqrasiya üzrə hesabatında yer alıb.

Bildirilib ki, İtaliyada yaşayan 6,1 milyon insan ölkə xaricində doğulub və bu rəqəm də ümumilikdə ölkə əhalisinin 10 faizi deməkdir.

İƏİT-in rəqəmlərinə görə, 2018-ci ildə 172 min italyan təşkilat ölkələrinə mühacirət edib. Onların 30 faizinin Almaniyaya, 16,7 faizinin İspaniyaya və 11,1 faizinin isə Böyük Britaniyaya köçdüyü bildirilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.