DÜNYA
İndoneziyanın təhlükəsizlik nazirinə sui-qəsd olub
Bakı, 10 oktyabr, AZƏRTAC
İndoneziyanın Siyasət, Ədliyyə və Təhlükəsizlik Məsələləri naziri Viranto ölkənin Banten əyalətində hücuma məruz qalaraq bıçaq yarası alıb.
AZƏRTAC Detik portalına istinadla xəbər verir ki, 72 yaşlı nazir təftiş üçün səfər etdiyi Pandeqlanq şəhərində hücuma məruz qalıb. Sui-qəsd nazir avtomobildən çıxarkən törədilib. Cinayətkar iti alətlə onun qarın nahiyəsinə iki zərbə endirib. İnsident zamanı, həmçinin yerli polis idarəsinin rəhbəri də yaralanıb.
Təhlükəsizlik xidmətinin əməkdaşları və polislər hücum edən şəxsi saxlayıb. Sonradan onun sui-qəsdin hazırlanmasında şübhəli bilinən həyat yoldaşı da həbs edilib.
Viranto yerli xəstəxanaya çatdırılıb və oradan helikopterlə Cakartada yerləşən hərbi hospitala aparılıb.
Qeyd edək ki, Viranto respublikanın bütün güc blokunun kuratorudur. Ölkənin Silahlı Qüvvələri də faktiki olaraq onun tabeliyindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]