DÜNYA


İran rusiyalı jurnalisti azad edib

Tehran, 10 oktyabr, AZƏRTAC

Tehranda həbs olunan rusiyalı jurnalist Yuliya Yuzik bu gün səhər saatlarında azadlığa buraxılıb.

AZƏRTAC xəbər verir ki, o, bu gün Moskvaya yola salınacaq.

Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Andrey Qonenko jurnalistin azad edilməsi faktını təsdiqləyib, lakin məsələ ilə bağlı geniş açıqlama verməyib. O bildirib ki, jurnalistin izahatı alınıb və sərbəst buraxılıb.

Xatırladaq ki, sentyabrın 29-da Tehrana gələn Y.Yuzik oktyabrın 2-də həbs edilib. Yerli mətbuat Rusiyalı jurnalistin casusluqda ittiham edildiyini yazırdı. Eyni fikirlər Rusiya mətbuatında da yer almışdı. Lakin İran rəsmiləri bəyan ediblər ki, jurnalist casusluqda ittiham olunmayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.