İQTİSADİYYAT


İlin birinci yarısında “Star” NEZ-dən “Petkim”ə 260 min ton nafta tədarük olunub

İzmir, 10 oktyabr, AZƏRTAC

Bu ilin ilk yarısında “Star” neft emalı zavodundan (NEZ) “Petkim”ə 260 min ton nafta tədarük edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə zavodun baş direktoru Mesut İlter oktyabrın 10-da keçirdiyi mətbuat konfransında məlumat verib.

"Ehtiyac duyduğu xammalın "Star" NEZ-də istehsal edilməsi səmərəli və davamlı təchizatı təmin etməklə "Petkim"in istehsal imkanlarını və keyfiyyətini artırır. Bundan başqa, dəniz vasitəsilə nafta idxalının dayandırılması nəticəsində "Petkim"in yükləmə limanında sıxlıq azalıb və ixrac mallarının yüklənməsi asanlaşıb", - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.