İDMAN


Azərbaycan badmintonçuları “Bahrain International Series” turnirində ilk görüşə çıxacaqlar

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan badmintonçuları Bəhreynin Madinat-İsa şəhərində keçirilən "Bahrain International Series" turnirində birinci görüşə çıxacaqlar.

AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq E.R.Dviçayo hindistanlı Nikhit Laxmanla üz-üzə gələcək. Digər badmintonçumuz E.Qovımuramadhoni isə hindistanlı Jaşvant Dandu ilə qarşılaşacaq.

Oktyabrın 13-də başa çatacaq turnirə 55 badmintonçu dəvət olunub. Yarışın mükafat fondu 10 min dollardır.

Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə ötən il E.R.Dvicayo qızıl, E.Qovımuramadhoni isə bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.