İDMAN


Təmsilçimiz Nicat Həsənov peşəkar boksda ikinci qələbəsini qazanıb

Bakı, 10 oktyabr, AZƏRTAC

“Baku Fight Lab” promoutorun dəstəyi ilə peşəkar boksçular arasında keçirilən yarışda təmsilçimiz Nicat Həsənov qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, boksçumuz Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 6 raundluq reytinq görüşünün üçüncü raundunda özbəkistanlı rəqibi Şerzodbek Mamajonovu texniki nokautla məğlub edib.

“Qızıl əlcək” idman klubunun və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin boks üzrə baş məşqçisi, Əməkdar məşqçi Rəhim Allahverdiyev AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bu, yetirməsinin peşəkar boksda artıq ikinci qələbəsidir.

“Gənclər arasında boks üzrə Avropa birinciliyinin gümüş mükafatçısı N.Həsənov ilk qələbəsini bu ilin avqustunda Türkiyənin Sakarya şəhərində gürcüstanlı rəqibi Zaza Amiridzeni nokaut etməklə qazanıb. O, istedadlı boksçudur və əminəm ki, yetirməm daha böyük qələbələr qazanacaq”, - deyə R.Allahverdiyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.