MƏDƏNİYYƏT


Azərbaycanlı yazıçının kitabı Riqada təqdim olunub

Riqa, 10 oktyabr, AZƏRTAC 

Azərbaycanın tanınmış yazıçısı Elçin Səfərlinin Riqadakı kitab evlərindən birində “İşığı yanan ev” kitabının təqdimatı olub. 2019-cu ildə Moskvada rus dilində çap olunan kitabda hadisələr Fransanın dəniz sahilində yerləşən balaca bir şəhərində baş verir.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində müəlliflə görüşə gələn oxucuların suallarını cavablandıran E.Səfərli iştirakçı marağından məmnunluğunu ifadə edib.

Görüş çərçivəsində 200-dən çox kitab imzalanaraq oxucuya təqdim olunub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.