REGİONLAR


“Azərişıq” ASC-nin rəhbərliyi Goranboy və Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də saat 10:00-da “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edəcək.

ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbulda Goranboy rayonu və Naftalan şəhərinin sakinləri iştirak edə bilərlər. Qəbul zamanı fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.

Həmin gün “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov isə Bərdədə vətəndaşları qəbul edəcək. Qurumun Bərdə şəhərində yerləşən inzibati binasında keçiriləcək qəbulda Bərdə və Tərtər rayonlarının sakinləri iştirak edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.