İDMAN


Düsseldorfda azərbaycanlı kikboksçunun iştirakı ilə döyüş keçirəcək

Berlin, 11 oktyabr, AZƏRTAC

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə növbəti döyüşünü oktyabrın 12-da Almaniyanın Düsseldorf şəhərində keçirəcək.

Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyindən AZƏRTAC-a bildiriblər ki, dünyaca məşhur “Glory kikboksinq” turnirində 95 kiloqram çəki dərəcəsində yarışan idmançımızın rəqibi litvalı döyüşçü Sergey Masloboyev olacaq.

Hazırda Kölndə məşqlərini davam etdirən Bəhram Rəcəbzadə əslən Cənubi Azərbaycanın Urmiya şəhərindəndir.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) rəhbəri Adil Əliyev və AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov döyüşü izləmək və idmançımızı dəstəkləmək üçün Almaniyaya gələcəklər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.