İDMAN


FIDE Grand Swiss 2019: Rauf Məmmədov və Nicat Abbasov inamla irəliləyirlər

Bakı, 15 oktyabr, AZƏRTAC

Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin beşinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, şahmatçılarımızın üçü beşinci turu heç-heçə başa vurub. Rauf Məmmədov rusiyalı Peter Svidler, Nicat Abbasov fransalı Etienne Bakrot, Eltac Səfərli Rusiyanın digər təmsilçisi Maksim Çigayevlə “sülh” bağlayıblar. Vasif Durarbəyli isə Anton Demçenkoya (Rusiya) məğlub olub.

Qeyd edək ki, beş turun nəticəsinə görə, R.Məmmədov və N.Abbasov xalların sayını 3-ə çatdırıblar. E.Səfərlinin 2,5, V.Durarbəylinin isə 2 xalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.