ELM VƏ TƏHSİL
Professor Aleksandr Saletski: MDU-nun Bakı Filialı 2020-ci ildən fizika üzrə magistr hazırlığına başlayacaq
Bakı, 3 noyabr, AZƏRTAC
2020-ci ildə fizika fakültəsində bakalavr üzrə ilk məzun buraxılışı olacaq. Habelə 2020-ci ildən Fizika fakültəsi üzrə magistratura fəaliyyət göstərəcək.
Bunu AZƏRTAC-a müsahibəsində ali təhsil müəssisəsinin Fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Aleksandr Saletski söyləyib.
O bildirib ki, Fizika fakültəsi, ümumiyyətlə, MDU-nun ən güclü fakültələrindən biridir. Bu fakültəni tez-tez Nobel mükafatı laureatları fakültəsi də adlandırırlar. Belə ki, Rusiyada fizika üzrə 10 Nobel mükafatçısından 9-u ya Moskvada MDU-nun bu fakültəsinin məzunu olub, ya da orada çalışıb. Bakı Filialında fakültənin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib və istənilən elmi təcrübəni aparmağa imkan var.
Qeyd edək ki, fizika üzrə magistraturada 6 yer nəzərdə tutulur.