SİYASƏT


Andris Ameriks: Avropa Azərbaycanlıları Konqresinin fəaliyyəti təqdirəlayiqdir

Brüssel, 8 noyabr, AZƏRTAC

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov Avropa Parlamentinin sosial-demokrat partiyasından olan latviyalı deputat Andris Amerikslə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Sahil Qasımov həmsöhbətini Avropa Parlamentinə seçilməsi münasibətilə təbrik edib.

Sahil Qasımov həmsöhbətinə AAK haqqında geniş məlumat verib və nümayəndə heyətinin üzvlərini təqdim edib.

Andris Ameriks öz növbəsində AAK-nın fəaliyyətini yüksək qiymətləndirib və əlaqələrin davamlı olması üçün mütəmadi görüşlərin vacibliyini vurğulayıb. O, Azərbaycan ilə Latviya arasında istər siyasi, istərsə də iqtisadi və sıx dostluq əlaqələrinin olduğunu bildirib və ölkəmizə heyranlığından danışıb. Qeyd edib ki, onun Azərbaycanda yaxın dostları var. Avropa Parlamentində bir çox ölkələrin qanunverici orqanları arasında dostluq qruplarının mövcud olduğunu vurğulayan latviyalı deputat Azərbaycan parlamenti ilə də dostluq qrupunun yaradılması üçün təklif irəli sürüb.

Sonra Sahil Qasımov nümayəndə heyəti adından Andris Ameriksə “Qarabag”la bağlı ingilis dilində kitablar təqdim edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.