CƏMİYYƏT


Gəncədə narkomaniyaya qarşı mübarizəyə dair tədbir keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC 

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə şəhərin 12 saylı tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Samir Həsənov ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının narkomaniyaya qarşı qətiyyətli mübarizə tədbirlərindən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki işin əhəmiyyətindən danışıb. Bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. Narkomanlıqla mübarizəyə qarşı dövlət tərəfindən bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb.

Görüşün sonunda narkotiklərin zərərli təsirinə dair videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Rayon Polis İdarəsinin əməkdaşları ilə yanaşı, pedaqoji heyət, valideynlər və şagirdlər də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.