CƏMİYYƏT


Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək

Bakı, 9 noyabr, AZƏRTAC 

Azərbaycanda noyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 18-21° isti , Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 14-19° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.