SİYASƏT


İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib

Antalya, 9 noyabr, AZƏRTAC

Noyabrın 9-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 24-cü iclası Türkiyənin Antalya şəhərində işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı iclasda Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti təmsil edir.

Əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub.

Sonra Tacikistanın Xarici İşlər nazirinin müavini Xusrav Noziri və İƏT-in Baş katibi Hadi Süleymanpurun hesabat məruzələri dinlənilib.

Məruzələrdən sonra təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib.

Türkiyənin dövlət himni səsləndirildikdən sonra Nazirlər Şurasının 24-cü iclasını Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu aparıb.

Qeyd edək ki, Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. Hazırda təşkilatın Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İran daxil olmaqla, doqquz üzvü var. 1992-ci ildən İƏT-in tamhüquqlu üzvü olan Azərbaycan təşkilatda ən fəal ölkələrdəndir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.