ELM VƏ TƏHSİL


AMEA-nın Fizika İnstitutu 2019-cu ildəki elmi fəaliyyəti ilə bağlı hesabat verib

Bakı, 9 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda sektor və şöbələrin 2019-cu il elmi fəaliyyəti ilə bağlı elmi şuranın hesabat iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Nazim Məmmədov rəhbərlik etdiyi müəssisənin elmi potensialından, daxili və xarici əlaqələrindən söz açıb.

İclasda ümumi sektorun rəhbəri Hüsnü Əjdərovun hesabat məruzəsi dinlənilib. Bildirilib ki, İnstitutda 128 nəfər - 3 akademik, 15 elmlər doktoru və 50 fəlsəfə doktoru çalışır, doqquz laboratoriya və bir şöbə fəaliyyət göstərir. Hesabat ilində əməkdaşların 55 məqaləsi xarici, 51 məqaləsi isə yerli jurnallarda dərc olunub. Sektor üzrə beş kitab çap edilib, 2019-cu ildə sektorun əməkdaşlarının elmi işlərinə 151 istinad olunub.

Sonra İnnovasiya sektorunun müdiri, fizika üzrə elmlər doktoru İlham Həsənov məruzə edib. O bildirib ki, 17 laboratoriyadan ibarət sektorda il ərzində respublikada 40, xaricdə isə 142 (63 ATLAS) məqalə dərc olunub. Xaricdə dərc olunan məqalələrin 138-i impakt faktorlu jurnalların payına düşür. 2019-cu ildə sektorun əməkdaşlarının elmi işlərinə 4 min 29 istinad olunub.

İclasda akademik Cavad Abdinov Fənlərarası sektorun cari ildəki fəaliyyətinə dair çıxış edib. O bildirib ki, sektorda 5 tətbiq işi aparılıb. Hesabat ilində əməkdaşların 142 məqaləsi dərc olunub. Xaricdə nəşr edilən 77 məqalədən 32-si impakt faktorlu jurnalların payına düşür. Yerli mətbuatda isə əməkdaşların 37 məqaləsi dərc olunub. 2019-cu il ərzində sektorun əməkdaşlarının elmi işlərinə 191 istinad olunub. Fənlərarası sektorda 9 laboratoriya fəaliyyət göstərir.

Təhsil şöbəsinin rəhbəri professor Abasət İsayev bildirib ki, hesabat ili yaz və payız sessiyalarını əhatə edir. Hazırda Fizika İnstitutunda 22 magistr təhsil alır. Onlardan 16-sı birinci, 6-sı isə ikinci kurs tələbələridir. Abasət İsayev 2018-2019-cu tədris ilində səkkiz magistrin dissertasiya işlərini uğurla müdafiə edərək, magistr dərəcəsi aldıqlarını bildirib. Vurğulanıb ki, onlardan 7-si fərqlənmə diplomu ilə təhsilini başa vurub.

Daha sonra institutun İnformasiya sektoru və digər şöbələrin hesabatları dinlənilib. İclasın sonunda sektor və şöbələrin hesabatları qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.