DÜNYA


Yunanıstanın Kasos adası yaxınlığında üç batmış gəmi aşkarlanıb

Afina, 13 noyabr, AZƏRTAC

Yunanıstanın Kasos adası yaxınlığında üç batmış gəmi aşkar edilib. Mədəniyyət Nazirliyinin məlumatına əsasən, gəmilər qədim dövr və orta əsrlərə aiddirlər. Arxeoloqlar gəmilərin ətrafında silahlar, gil qablar və beş daş lövbər də aşkar ediblər. Gəmilərdən birinin 2300 yaşı var, digərləri isə eramızdan əvvəl I əsrə aiddir. Qeyd edək ki, Kasos adası Krit və Rodos arasında Egey dənizini Yaxın Şərqlə birləşdirən ticarət marşrutu üzərində yerləşir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.