DÜNYA


Gürcüstanın dövlət strukturlarında qeydə alınan cinayətlərin sayı artıb

Tbilisi, 13 noyabr, AZƏRTAC

Cari ildə Gürcüstanın dövlət strukturlarında qeydə alınan cinayətlərin sayı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkədə bu qəbildən 453 cinayətkarlıq faktı qeydə alınıb. Dövlət strukturlarında törədilən cinayətlər əsasən rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması kimi hallarla bağlıdır. Dövlət belə hallara qarşı mübarizə tədbirlərini gücləndirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.