ELM VƏ TƏHSİL


Azərbaycanlı alim İtaliyada beynəlxalq tədbirdə iştirak edib

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq coğrafi-informasiya sistemləri laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov Romada Beynəlxalq Torpaq İnformasiya Qurumları Şəbəkəsinin (INSII) V işçi sessiyasında iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş qərargahında keçirilən sessiyada “Qlobal icra və 2020-ci ildən sonrakı strategiya və həyata keçirilmə vəziyyəti”, “Regional səviyyədə irəliləyiş”, “Qlobal Torpaq İnformasiya Sistemində (GloSIS) irəliləyiş”, “SoilSTAT - GSP Qlobal Torpaq Statistikası Sistemi” və “GSP Potensialının İnkişafı Proqramı” mövzuları müzakirə olunub.

BMT-nin Qlobal Torpaq Tərəfdaşlığı (GSP) platformasına uyğun olaraq təşkil edilən sessiyada Azərbaycan, Rusiya və Moldova alimlərinin birgə hazırladıqları “Torpaq informasiyalarının standartlaşdırılması və mübadiləsi üçün müxtəlif dillərdə metaverilənlər bazası, obyekt modeli və proqram kompleksi”nin təqdimatı da olub.

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq şəraitində yaradılan proqram kompleksi Rusiya Federasiyasında patent kimi qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.