İQTİSADİYYAT


Statistika Komitəsinin əməkdaşları Bolqarıstanda təlimdə iştirak ediblər

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Bolqarıstanın Milli Statistika İnstitutunda təşkil olunmuş təlim səfərində iştirak ediblər.

Komitədən AZƏRTAC-a bildirilib ki, təlim səfərinin məqsədi insan resurslarının idarə olunması sahəsində Bolqarıstan təcrübəsinin öyrənilməsi olub.

Təlim zamanı Bolqarıstan Milli Statistika İnstitutunda insan resurslarının idarə olunması, strategiya və icrası, işçi heyətin qiymətləndirilməsi proseduru, statistik təlim strategiyasına baxış, statistik təlim sistemi, dövlət orqanlarında statistik təlim ehtiyaclarının qiymətləndirilməsi proseduru, təşkilati strukturda insan resursları ilə bağlı struktur vahidinin mövqeyi və rolu, karyera inkişafı və təliminin inzibati alətləri, kadrların qiymətləndirilmə proseduru və təlim sistemi haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.