REGİONLAR


Siyəzəndə yük və minik avtomobilləri toqquşub

Siyəzən, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC 

Siyəzən rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.

Xaçmaz rayonu Çiləgir kənd sakini Savalanov Hümmət Şayəddin oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobilin “KamAZ”la toqquşması nəticəsində sürücü ilə yanaşı, maşında olan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Xaçmazın Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı ağır yaralanıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılsa da Günay Savalanova və Oksana Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. Sürücü Hümmət Savalanovun vəziyyəti də ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.