CƏMİYYƏT


"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonunun təhsildə, idmanda fərqlənən 40 nəfər məktəblisi Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola salınıblar.

AZƏRTAC xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş yola salınma mərasimində rayon icra hakimiyyətinin rəhbərləri, məktəblilər, valideynlər, rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin sədaları altında başlayıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Tədbirdə valideyinlər və şagirdlər çıxış edərək məktəblilərin doğma Azərbaycanın ayrı-ayrı guşələrini yaxından tanıması, o cümlədən bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyətindən danışıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, tur-aksiya iştirakçılarının Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Qədim Qala divarlarına, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami Gəncəvi məqbərəsinə, həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasına və Gəncə Bulvarına, Şəmkir rayonunda “Abidələr” parkına, Alman kilsəsinə, aqroparka, Göygöl rayonunda Alman kirxasına, sonuncu alman Viktor Klaynın ev-muzeyinə, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiyaları təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.