DÜNYA


Moldova şərabının ixracı son beş ildə ən yüksək səviyyəyə çatıb

Kişineu, 20 noyabr, AZƏRTAC

Bu ilin doqquz ayında Moldova şərabının ixracı son beş illə müqayisədə ən yüksək səviyyəyə çatıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, ölkənin Milli Üzüm və Şərab Bürosunun məlumatına görə, hesabat dövründə Moldova 113,8 milyon litr şərab ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz və ya 4,72 milyon litr çoxdur. Moldova şərab məhsulları üçün həm də yeni bazarlar tapa bilib, buna görə ixrac xəritəsi bir sıra bölgələrə, o cümlədən digər qitələrə görə genişlənib. Belə ki, Moldova 67 ölkəyə 2,182 milyard ley dəyərində şərab ixrac edib ki, bu da 2018-ci ilin doqquz ayı ilə müqayisədə 5 faiz çoxdur.

Hesabat dövründə Moldova şərabının Avropa və Asiya bazarlarına ixracı artıb. Rumıniya strateji bir bazar olmağa davam edir və şərab ixracatından əldə edilən gəlirlər baxımından birinci yerdədir. Bunun ardınca Çin, Rusiya, Çexiya və Ukrayna gəlir. Moldova ilk dəfə olaraq şərabı Əfqanıstan, Suriya, Toqo, Quam ölkələrinə də ixrac edib. Eyni zamanda, bir neçə il fasilədən sonra Moldova şərabları Avstraliya, Norveç və Liviyadakı istehlakçıların masalarında yenidən görünüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.