DÜNYA


Yaxın Şərqdə müharibələrdə iştirak edən 100-dən çox özbək qadın və uşaqlar ölkəyə qaytarılıb

Daşkənd, 19 noyabr, АZƏRTAC

Suriyadan Özbəkistana qaytarılan özbək qadınları işlə təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Məşğulluq və Əmək Münasibətləri Nazirliyi ölkənin Qadınlar Komitəsi ilə birgə keçirdiyi konfransda məlumat verilib. Bildirilib ki, bununla bağlı birgə plan hazırlanıb və 2020-ci ilin əvvəlindən bu proses başlanacaq.

Xatırladaq ki, bu ilin may ayında İraqda və Suriyada gedən müharibədə atalarını itirən 156 uşaq və onların anaları vətənə gətirilib. Oktyabr ayında isə İraqda düşərgələrdə yaşayan 64 özbək uşağı Özbəkistana qaytarılıb. Bu uşaqların əksəriyyətinin atası Yaxın Şərqdəki müharibələrdə həlak olub, bir hissəsi isə həbsxanalarda cəza çəkir. Uşaqların anaları da müharibədə birbaşa və ya dolayısı ilə iştirak etdiklərinə, sülh prosesinə zərbə vurduqlarına görə 10 ildən 20 ilədək həbs edilib və ya ömürlük azadlıqdan məhrum olunublar. Bununla belə, Özbəkistan hökuməti bu qadınların bir hissəsini vətənə gətirə bilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.