SİYASƏT


Ezadi Əl-Hammadi: “Bitməyən əzab” sənədli filmi Dağlıq Qarabağ münaqişəsinin humanitar tərəfini göstərir

Rotterdam, 2 dekabr, AZƏRTAC

Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatım var idi. Ancaq münaqişənin humanitar tərəfi ilə bağlı məlumatlı deyildim. Bugünkü “Bitməyən əzab” sənədli filmi məni çox mütəəssir etdi. Bu sənədli film münaqişənin humanitar tərəfinin necə dəhşətli olduğunu əks etdirir.

Bu fikirləri Rotterdamda “Bitməyən əzab” sənədli filminin təqdimatından sonra ekran əsərinin izləyicilərindən biri olan Ezadi Əl-Hammadi AZƏRTAC-a müsahibəsində söyləyib.

“Bu münaqişənin humanitar tərəfi, onun yaratdığı humanitar böhran haqqında məlumatlı deyildim. Sənədli filmdə münaqişə qurbanları, onların şahidliyini gördük. İnsan övladının belə bir vəhşilik törədə bilməsinə inanmazdım.

Münaqişələrin yaratdığı humanitar problemlərin həlli üçün bütün bəşəriyyət səfərbər olmalı və belə problemlərin aradan qaldırılmasına yardım etməlidir”, - deyə E.Əl-Hammadi bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.