SİYASƏT


Olqa Sterenşis: “Bitməyən əzab” filmi Azərbaycan dəhşətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yaxşı vasitədir

Rotterdam, 2 dekabr, AZƏRTAC

“Bitməyən əzab” sənədli filminin nümayişi niderlandlıların Azərbaycan tarixindəki dəhşətləri daha yaxından tanımaları üçün ən yaxşı vasitədir. Film əsir və girov götürülmüş mülki azərbaycanlılara göstərilən təzyiqləri, verilən işgəncələri əks etdirir, münaqişənin humanitar aspektlərinə işıq salır.

Bu fikri Rotterdamda “Bitməyən əzab” sənədli filminin nümayişindən sonra AZƏRTAC-a açıqlamasında Niderlandın yəhudi icmasının nümayəndəsi Olqa Sterenşis söyləyib.

O bildirib ki, Benilüks Azərbaycanlıları Konqresi (BAK) Niderlandda çox fəaldır. Təşkilat yerli xalqın Azərbaycan reallıqları barədə məlumatlandırılması istiqamətində böyük işlər görür. Azərbaycan xalqının məruz qaldığı ədalətsizliyin yerli niderlandlılara çatdırılmasında “Bitməyən əzab” sənədli filminin böyük əhəmiyyəti var. Belə sənədli filmlər vasitəsilə əsl həqiqəti daha yaxşı təşviq etmək olur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.