DÜNYA


“Vışeqrad dördlüyü” Avropa Komissiyasından Aİ-nin genişləndirilməsini gözləyir

Budapeşt, 3 dekabr, AZƏRTAC

“Vışeqrad qrupu” gözləyir ki, yeni Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi prosesini sürətləndirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto bəyan edib.

O, Praqada V4 üzrə həmkarları ilə görüşdən sonra deyib ki, Jan-Klod Yunkerin başçılıq etdiyi əvvəlki Avropa Komissiyasının ən böyük müvəffəqiyyətsizliklərindən biri genişləndirmə prosesini, demək olar, tamamilə dayandırmaq olub.

Bax buna görə də “Vışeqrad dördlüyü” ölkələri gözləyirlər ki, yeni Avropa Komissiyası Aİ-nin genişlənməsi məsələsində yeni mərhələ açacaq və Qərbi Balkan ölkələrinin inteqrasiyasına xüsusi diqqət yetirəcək. Nazir vurğulayıb ki, V4 Aİ-nin genişlənməsi üzrə yeni Avropa komissarının (yeri gəlmişkən, Macarıstan nümayəndəsinin) səylərini dəstəkləməyə razılaşıb. O əlavə edib ki, Aİ-nin “genişlənmə prosesinin bloklanması” siyasəti son illər blokun maraqlarına zidd olub.

Siyyarto deyib: “Qərbi Balkanları mümkün qədər sürətlə Aİ-yə qəbul etmək lazımdır və bu, Avropa İttifaqının, eləcə də Macarıstanın maraqlarına cavab verir, çünki bu, bloka miqrasiya təzyiqinə qarşı səmərəli mübarizə aparmağa kömək edəcək”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.