İDMAN


Şahmatçılarımız qitə çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər

Bakı, 6 dekabr, AZƏRTAC

Estoniyanın paytaxtı Tallinndə rapid üzrə Avropa çempionatının ilk 7 turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizi qitə çempionatında təmsil edən Qədir Hüseynov və Rauf Məmmədov 7 turdan 6 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar. Digər şahmatçımız Rəfael Bayramlının aktivində isə 3 xal var.

İki gün davam edəcək turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.