DÜNYA


Fransada müddətsiz tətil və nümayişlərin ilk günündə 806 min insan iştirak edib

Paris, 6 dekabr, AZƏRTAC

Fransa Daxili İşlər Nazirliyinin hesablamasına görə, bu gün ölkədə pensiya islahatları əleyhinə keçirilən etiraz nümayişlərində 806 min insan iştirak edib. Paris polis prefekturası paytaxtda 65 min nümayişçi olması ilə bağlı məlumat verib.

AZƏRTAC xəbər verir ki, bu gün müddətsiz tətil və nümayişlərin ilk günündə ümumilikdə 250 şəhər və qəsəbədə nümayiş keçirilib. Fransa Ümumi Əmək Konfederasiyası Həmkarlar İttifaqı bugünkü nümayişdə 1 milyon 500 min nümayişçinin hesablandığını iddia edib. Konfederasiya əvvəlki dövrlərlə müqayisə apararaq, 5 dekabr nümayişinin 2003-cü ildən sonra ilk böyük nümayiş olduğunu elan edib. 2003-cü ildə Fransua Fiyonun irəli sürdüyü islahatların əleyhinə 2 milyon nümayişçinin küçələrə çıxdığı bildirilib.

Nümayişlərin ilk günündə dəmir yol nəqliyyatının (sürət qatarları, adi qatarlar, TER, RER, şəhərlərarası qatarlar, metro) 90 faizi tətil edərək işləməyib. Dəmir yolları üzrə həmkarlar təşkilatı (UNSA) nəqliyyat sahəsində bəzi sürücülərin tətili dekabrın 31-dək davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Parisdə nümayiş zamanı 11 min 490 insan yoxlanılıb ki, bunlardan 90-nı polis tərəfindən müvəqqəti saxlanılaraq dindirilib. Paytaxtda nümayişçilərlə polis arasında qarşıdurma olub. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.