İDMAN


Polşada idman fotoqrafı Tomaş Vişnevskinin sərgisi açılıb

Varşava, 6 dekabr, AZƏRTAC 

Polşanın Rumya şəhərində polyak idman fotoqrafı Tomaş Vişnevskinin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, əlillər arasında Armrestlinq üzrə 2018-ci ildə Polşada keçirilmiş Dünya Kubokuna həsr edilən sərgidə azərbaycanlı idmançıların da fotoları var. Sərginin açılışına həmin yarışların iştirakçıları, həmçinin Azərbaycandan gələn qonaqlar qatılıb. Bu yarışlarda ölkəmizi müxtəlif kateqoriyalar üzrə 4 idmançı təmsil etmişdi.

Sərgi dekabrın 14-dək davam edəcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.