REGİONLAR


Yevlax və Ağcabədidə bəzi abonentlərin təbii qaz təchizatı müvəqqəti dayandırılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Yevlax rayonunda Aran 2 qəsəbəsində ekskavatorla diametri 57 millimetr olan qaz xəttini qırıblar və 60 abonentin qaz təminatında fasilə yaranıb. Ağcabədi rayonunda da Şərəfxanı kəndində 76 millimetr diametrində orta təzyiqli qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. Nəticədə 193 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.