İQTİSADİYYAT


SOCAR-ın Enerji İdarəetmə Mərkəzi istifadəyə verilib

Bakı, 6 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC

Dekabrın 6-da Qala qəsəbəsi ərazisindəki “Eko Park”da SOCAR-ın Enerji İdarəetmə Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyi iştirak edib.

Bildirilib ki, mərkəz SOCAR və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı” (NAMA) layihəsi çərçivəsində qrant vəsaiti hesabına tikilib. Mərkəzin əsas funksiyası NAMA layihəsi çərçivəsində Qaradağ, Sumqayıt və Qala ərazilərində quraşdırılmış alternativ enerji mənbələrindən istehsal olunan enerjinin istifadəsinə nəzarət etməkdir.

Enerji İdarəetmə Mərkəzi alternativ enerji - külək generatoru, günəş panelləri və hidroenerji ilə əlaqədar bir mərkəzdir. Burada mühəndislər, məktəblilər və digərlərinin təlim və tədris prosesinin təşkil olunması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.