İQTİSADİYYAT


Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni marşrut xəttini istifadəyə verir

Bakı, 6 dekabr, AZƏRTAC

Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 592 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirərək yeni istiqamət müəyyən edilməsi ilə bağlı qərar verib.

DANX-dən AZƏRTAC-a bildirilib ki, artıq 592 saylı marşrut xətti başlanğıcını Əliçıraq yaşayış massivindən götürərək Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi Mərkəz, Xırdalan dairəsi olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq. Dəyişikliyə bu gündən başlanılacaq və 592 nömrəli xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək. 592 nömrəli marşrut xətti isə Xırdalan şəhəri daxilində yeni marşrut xətti istifadəyə verilənə qədər sərnişinlərin rahat daşınması üçün əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.