CƏMİYYƏT


Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq

Bakı, 6 dekabr, AZƏRTAC 

Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü təbiətin yaşıllaşdırılması, ekologiyanın təmizlənməsi baxımından çox mühüm və vacib addımdır. Biz də bu təşəbbüsə məmnuniyyətlə qoşulmuşuq. Dünya ekoloji böhran yaşayır. Bunu aradan qaldırmaq üçün planetimizi yaşıllaşdırmalıyıq.

Bunu AZƏRTAC-a müsahibəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

“Bu təşəbbüs sayəsində dahi Azərbaycan şairi İmadəddin Nəsimi və onun yaradıcılığı ilə tanış oldum. İnanıram ki, gələcək nəsillərə ekoloji təmiz, yaşıllıqlarla zəngin təbiət vermək üçün bu təşəbbüs mühüm rol oynayacaq", - deyə səfir Kestutis Yankauskas qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.