DÜNYA


“Saudi Aramco” səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən 25 milyard dollar qazanıb

Bakı, 6 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) 25 milyard dollar gəlir əldə etməklə bazar dəyərini 1,7 trilyon dollara yüksəldib.

AZƏRTAC xəbər verir ki, beləliklə də “Aramco” bazar dəyəri 1,1 trilyon dollar olmaqla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyub.

“Saudi Aramco”nun məlumatına görə, şirkətin 3 milyardlıq səhminin 1,5 faizi satılıb. İnvestorlar bir səhm üçün ən yüksək məbləğ müəyyənləşdirilən 32 Səudiyyə rialı (8,53 dollar) təklif verib. Bununla da şirkət səhm satışından 25,59 milyard dollar gəlir əldə edib.

IPO çərçivəsində institusional investorlar 106 milyard dollarlıq və fərdi investorlar isə 119 milyard dollarlıq təklif verib.

Beləliklə də “Aramco”nun IPO-dan əldə etdiyi gəlirlə 2014-cü ildə Çinin e-ticarət nəhəngi “Alibaba”nın Nyu-York birjasındakı IPO-dan qazandığı 21,8 milyard dollar gəlirini üstələyərək IPO-dan ən böyük gəlir əldə edən şirkət olub.

“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılıb. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.