CƏMİYYƏT


Vüqar Kərimov : Bugünkü ekoloji aksiya ilə Azərbaycanda çox xeyirxah bir ənənənin əsası qoyulacaq

Bakı, 6 dekabr, AZƏRTAC

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə bu gün Azərbaycanın bütün regionları həvəslə, yüksək əhval-ruhiyyə ilə qoşulub. Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə müsahibəsində deyib.

“İctimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə bu gün Müşfiqabad qəsəbəsinin ərazisində minlərlə ağac əkdik.

Bütün respublikanı əhatə edən ağacəkmə kampaniyası həm böyük şairin irsinin dünyada tanıdılmasına, həm də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıqların daha da artırılmasına, eyni zamanda, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə xidmət edir.

Əminik ki, bu tədbirlə Azərbaycanda çox xeyirxah bir ənənənin əsası qoyulacaq və daha yaşıl Azərbaycan naminə belə kütləvi aksiyalar bundan sonra da davam etdiriləcək”, - deyə nazirliyin rəsmisi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.