İDMAN


Şahmatçılarımız Avropa çempionatının rapid turnirinin sonuncu turlarında mübarizə aparacaqlar

Bakı, 6 dekabr, AZƏRTAC

Estoniyanın paytaxtı Tallinndə rapid üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ölkəmizi qitə çempionatında təmsil edən Qədir Hüseynov, Rauf Məmmədov və Rəfael Bayramlı bu gün rapid turnirinin son 6 turunda mübarizə aparacaqlar.

Qitə çempionatı çərçivəsində keçirilmiş 7 turun nəticəsinə görə, Q.Hüseynov və R.Məmmədov 6 xalla liderlər qrupundadırlar. R.Bayramlı isə 3 xal toplayıb.

İki gün davam edən turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.