SİYASƏT


Tacikistan qəzetində Heydər Əliyev haqqında məqalə dərc olunub

Düşənbə, 12 dekabr, АZƏRTAC 

Düşənbədə tacik dilində çap olunan “Faraj” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açılır. Bildirilir ki, böyük siyasi xadim Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik edib. Birinci dəfə keçmiş SSRİ dövründə, ikinci dəfə isə müstəqil Azərbaycanın rəhbəri kimi. Yazıda Ulu Öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti haqqında geniş söhbət açılır, məhz onun təşəbbüsü ilə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandığı bildirilir.

Azərbaycanın neft strategiyası haqqında da məlumat verilən məqalədə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolundan bəhs olunur.

Bildirilir ki, ulu öndər Heydər Əliyev Mustafa Kamal Atatürk, Şarl de Qoll, Avraam Linkoln, Franklin Ruzvelt kimi öz xalqının tarixində silinməz iz buraxıb. Hazırda Heydər Əliyevin siyasi irsini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. On altı illik fəaliyyəti dövründə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatında dirçəliş baş verib və o, regionun aparıcı dövlətinə çevrilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.