CƏMİYYƏT


Gənclər və İdman naziri Biləsuvar rayonunda vətəndaşları qəbul edib

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Gənclər və İdman naziri Azad Rəhimov Biləsuvar rayonunda vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda 11 vətəndaş iştirak edib.

Müraciətlərə əsasən Gənclər evinin, idman qurğularının müvafiq avadanlıqla təmin edilməsi, yerlərdə təlim-məşq toplanışlarının keçirilməsi, işlə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi daxil olub.

Qəbulda müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.