MƏDƏNİYYƏT


İtaliyanın turizm portalında Azərbaycandakı palçıq vulkanları barədə məlumat verilib

Roma, 14 dekabr, AZƏRTAC 

İtaliyanın video.corriere.it portalında Azərbaycandakı palçıq vulkanları barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalə təqdimat xarakterli videomaterial ilə də əhatə edilib.

Bildirilir ki, Qobustan Dövlət Tarixi və Bədii Qoruğunun ərazisində yerləşən palçıq vulkanları minlərlə turist cəlb edir və 2007-ci ildə bu qoruq UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olunub. Azərbaycanın palçıq vulkanları öz unikallığı ilə seçilir. Ölkədə 400-dən çox vulkan vardır.

Belə təxmin edilir ki, dünya palçıq vulkanlarının üçdə biri Azərbaycanda yerləşir.

Qeyd olunur ki, hər il minlərlə turist cəlb edən Azərbaycanın palçıq vulkanları sadəcə gözəlliyi və heyrətamizliyi ilə fərqlənmir, həm də resurs kimi istifadə olunur. Onun tərkibində qaz və neft də mövcuddur. Vulkan püskürmələrindən yaranan lava, palçıq və maye kimi maddələr sənayedə xammal kimi istifadə edilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.