SİYASƏT


Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilir

Naxçıvan, 1 yanvar, AZƏRTAC

Ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublika sakinlərinin birlik və həmrəyliyini möhkəmləndirir, 2020-ci ilin ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında növbəti inkişaf mərhələsi kimi tarixə yazılacağına əminlik yaradır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 1-də Naxçıvan şəhərində Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində şən mahnılar səsləndirilib, muxtar respublikada fəaliyyət göstərən 26 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Uşaqlardan Məhərrəm Əliyev və Afaq Məmmədli Ulu Öndərimizə, Naxçıvana həsr olunmuş şeirlər söyləyiblər.

Şəhər sakini Sabirə Həsənəliyeva Ali Məclis Sədrinin bayramını təbrik edib.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Yeni il şənlikləri keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.