ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunun Vikimərkəzi Azərbaycan elminin təbliğinə mühüm töhfələr verir

Bakı, 15 yanvar, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Vikimərkəzi Azərbaycan elminin təbliğinə mühüm töhfələr verir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda Vikimərkəz geniş istiqamətlər üzrə məhsuldar fəaliyyət göstərir. 2007-ci ildən fəaliyyətə başlamış Vikimərkəz indiyədək minlərlə doktorant və dissertanta, 2014-2019-cu illər ərzində 150-yə yaxın vikiqrup üzvünə, dövlət və media qurumlarının əməkdaşlarına “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris edilib. Hazırda institutda təhsil alan magistrantlara müvafiq kurs keçirilir. Müraciətlər əsasında müxtəlif müəssisə və təşkilatların əməkdaşları üçün bu cür kurslar təşkil edilə bilər.

“Vikipediya”nın Azərbaycan seqmentində mövcud problemləri həll etmək və inkişafa nail olmaq üçün bu sahədə aktiv fəaliyyət göstərən, qısa müddət ərzində müəyyən nəticələr əldə edən ölkələrin təcrübəsi öyrənilir, müvafiq təhlillər aparılır, təkliflər işlənilir.

“Vikipediya” resurslarında toplanmış qeydiyyat məlumatlarının analizi (vikimetriya) aparılır, gizli sosial şəbəkələr aşkarlanaraq təhlil olunur. Tədqiqatların nəticələri kimi müxtəlif nüfuzlu elmi jurnallarda 13 məqalə dərc olunub, 10 tezis hazırlanıb və müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfranslarda təqdim edilib. Bunlardan başqa, 3 kitab nəşr olunub.

Xatırladaq ki, Vikimərkəzin əməkdaşları tərəfindən 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilən “Vikipediya virtual ensiklopediyasının monitorinqi və analizi üçün metod və alqoritmlərin işlənilməsi” adlı qrant layihəsi qalib elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.