DÜNYA


ABŞ-ın “B-52” təyyrələri nüvə bombalarından istifadəni dayandırıb

Bakı, 15 yanvar, AZƏRTAC 

ABŞ-ın “B-52 Stratofortress” təyyarələri artıq nüvə bombalarından istifadə etməyəcəklər.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur “uçan qala”ların silahlanmasında yalnız nüvə başlıqlı qanadlı raketlər qalır.

Termonüvəli bombalar isə “stels” texnologiyalarından istifadə edən “В-2A Spirit” təyyarələrinin sərəncamına verilir.

Bu addım “B-52”lərin düşmənin hava hücumundan yayınaraq müdafiə zonasına keçə bilməmələri səbəbindən atılıb. Son zamanlar nəhəng bombardımançılar hədəfə zərbə endirmək üçün aşağıdan uçaraq raketlərlə hücum etmək məcburiyyətində qalıb ki, bu da onların özləri üçün təhlükəlidir.

Qeyd edilib ki, Pentaqon “B-52 Stratofortress” təyyarələrindən 2050-ci ilədək istifadə etmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.