DÜNYA


Şimali İrlandiya Parlamentində ilk dəfə Brexit məsələsi müzakirə ediləcək

London, 21 yanvar , AZƏRTAC

Şimali İrlandiya Parlamentində ilk dəfə Brexit məsələsi müzakirə ediləcək.

AZƏRTAC xəbər verir ki, parlamentdə Brexit müqaviləsinin şərtlərinin müzakirə ediləcəyi gözlənilir.

Avropa İttifaq ilə Böyük Britaniya arasında əldə olunan Brexit sövdələşməsinə Şimali İrlandiya üçün xüsusi tənzimləmələr daxildir.

Belə ki, keçid dövründən sonrada Şimali İrlandiya Avropa İttifaqının kənd təsərrüfatı və istehsal olunan mallara dair qaydalarına əvvəlki kimi əməl edəcək. Bundan əlavə, Krallığa daxil olan ölkələrin hamısı Aİ-nin gömrük ittifaqını tərk edəcək, lakin Şimali İrlandiya İttifaqın gömrük kodunun limanlarında tətbiqini saxlayacaq.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.