DÜNYA
13 avqust dünyada Solaxaylar Günü kimi qeyd olunur
Bakı, 13 avqust (AZƏRTAC). Dünyada yaşayan solaxaylar hər il avqustun 13-də Ümumdünya Solaxaylar Gününü qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilmişdir.
Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu assosiasiya «Solaxaylar haqqında qanun layihəsi» də hazırlamışdır.
Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Dünyada solaxay məşhurlar çoxdur. Buna misal olaraq Janna d`Ark, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Bill Qeyts, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Robert De Nironu göstərmək olar.
Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük Karl, Uinston Çörçill da solaxay olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]