Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcbari tibbi sığortanın tətbiq edildiyi bir ayda Göyçayda mərkəzi xəstəxanaya 11 mindən çox müraciət daxil olub VİDEOREPORTAJ

Göyçay, 2 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Azərbaycanda səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi xidmətlə təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Bu ilin ilk günündən etibarən ölkəmizdə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin qərarına əsasən icbari tibbi sığorta 4 mərhələdə həyata keçirilir. 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta ilk mərhələdə 23 rayon və şəhərdə tətbiq olunur. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaş daxildir. Sözügedən rayonlarda yerləşən tibb müəssisələri üzrə cari ilin yanvarın 23-nə qədər 265 min 335 müraciət qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi rayonlardan biri olan Göyçayda yanvarın 1-dən 31-dək rayon mərkəzi xəstəxanasına 11 min 7 müraciət daxil olub. Vətəndaşlara 28 min 657 adda müxtəlif tibb xidmətləri göstərilib, 269 nəfər stasionar müalicəyə cəlb edilib.

Göyçayda 205 çarpayılıq rayon mərkəzi xəstəxanası, uşaq poliklinikası, Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyası, Gigiyena və Epidemiologiya Mərkəzi, təsərrüfat hesablı stomatoloji poliklinika, 1 kənd sahə xəstəxanası, 16 kənd həkim məntəqəsi və 31 tibb məntəqəsi fəaliyyət göstərir. Mərkəzi xəstəxanada fəaliyyət göstərən mama ginekoloji, reanimasiya, terapiya, cərrahiyyə, təcili yardım, yoluxucu xəstəliklər, pediatriya və şüa diaqnostika şöbələrində ən müasir avadanlıqlar və cihazlar yerləşdirilib.

Xəstəxanaya müraciət edən sakinlər terminaldan növbə biletini alır, adını ekranda gördükdən sonra qeydiyyat stoluna yaxınlaşırlar. Şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra isə seçdiyi həkimin növbə sırasına dayanırlar.

Rayon sakinləri icbari tibbi sığorta sisteminin tətbiqinin, eyni zamanda, şəffaflıq və rahatlıq baxımından da önəmini vurğulayıblar. Onlar bu sistemin tətbiqinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Göyçay rayon Çayarxı kənd sakini Rəhilə Məmmədova icbari tibbi sığorta sistemindən çox razı qaldığını deyib: “Biz əvvəllər də xəstəxanaya gəlmişik. Düzdür, onda da pis deyildi, amma indiki kimi belə şərait yox idi. İndi hansı həkimi istəyirsənsə, növbəyə dayanmaqla rahatlıqla onun qəbuluna düşmək olur”.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və sair), uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya, cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və sair), müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə kimi xidmətləri əldə edə bilərlər. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli Qərarı ilə təsdiq edilib. İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir.

Qeyd edək ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə qanunvericilik bazası formalaşdırılıb. İcbari tibbi sığorta əvvəlcə pilot layihə kimi Mingəçevir, Yevlax və Ağdaşda tətbiq olunub. Layihə çərçivəsində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib, maarifləndirici tədbirlər nəticəsində bu sistemin tətbiqinin üstünlükləri və əhəmiyyəti barədə əhalidə əyani təsəvvür yaranıb. Bundan başqa, göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin əməkhaqlarına müəyyən edilmiş əlavələr həkimlərin və digər səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsinə səbəb olub.

İcbari tibbi sığortanın tətbiq edildiyi bir ayda Göyçayda mərkəzi xəstəxanaya 11 mindən çox müraciət daxil olub  VİDEOREPORTAJ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Bu gün Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasından 115 il ötür

Bu gün Sabit Rəhmanın doğum günüdür

Misir-Azərbaycan Dostluq Cəmiyyətində iftar süfrəsi açılıb

Fransızların 42%-i ölkənin vətəndaş müharibəsi ilə üzləşəcəyini hesab edir

Fidan və Rubio Cəbubi Qafqazda sülh məsələsini müzakirə ediblər

Ukraynanın Poltava şəhərində Novruz bayramı qeyd edilib

Tramp: Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub

Kral Çarlzın Vatikana dövlət səfəri təxirə salınıb

Tbilisidə torpaq çökməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycanın U-21 yığması Şimali Makedoniya ilə oyunda heç-heçə edib

Azərbaycan millisi Belarus yığması ilə görüşdə məğlub olub

Vaşinqtonda Hakan Fidanla Marko Rubio arasında görüş keçirilir

Fransada Novruz bayramı qeyd olunub

Xankəndidə iftar süfrəsi açılıb

Venesiya 2150-ci ilədək daşqın riski ilə üzləşəcək

Fransada iki kəşfiyyat təyyarəsi toqquşub

Cənubi Koreyada Azərbaycan mədəniyyəti gecəsi və Novruz şənliyi təşkil olunub

Rustem Umerov: Ukrayna və ABŞ nümayəndələri Qara dənizin, enerji infrastrukturunun təhlükəsizliyini müzakirə ediblər

Xırdalanda restoranda baş vermiş yanğın söndürülüb

Bəzi marşrutların hərəkətində tam məhdudiyyət tətbiq olunacaq

Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər

Türkiyənin ailə və sosial xidmətlər naziri Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb

Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib

“ADA Universitetində Azərbaycanın enerji və sənaye sektoru üçün strateji proqrama başladıq” - Turin Politexnik Universitetinin rektoru ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi heç bir nəticə verməyəcək

Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

Fransanın dənizaşırı ərazilər naziri “nifrətə təhrik”də ittiham olunur

Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

Yuliya Klökner Almaniya parlamentinin yeni sədri seçilib

Narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanaraq götürülüb VİDEO

Azərbaycan Dillər Universitetində Çinin “Çunfen” bayramı qeyd olunub

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

Fransada bank işçiləri etiraz edirlər

Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

Fransada şəhər şurası Baş naziri istefaya çağırıb

® "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

BMT-nin Cenevrə ofisində Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub

Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək

Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Dünya birjalarında neftin qiyməti enib

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Qanunsuz saxlanılan odlu silah-sursatın götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib VİDEO

Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

Gəncə paxlavası: Tarixi qoruyub saxlayan dad

Əbu-Dabi AIM İnvestisiya Sammitinə ev sahibliyi edəcək

Hamburqda Novruz şənliyi təşkil olunub

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkarlayıblar - ARAŞDIRMA

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Bakıda qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

® Şuşada müqəddəs Ramazan günlərində iftar çadırları qurulub

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəmizə gətirilib VİDEO

Azərbaycanda 2024-cü ildə turizmdə 30 faiz artım əldə edilib